...

Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb (VİDEO)

Gündəm Materials 19 Fevral 2021 15:25 (UTC +04:00)
Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti