...

Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb

Gündəm Materials 25 Fevral 2021 22:37 (UTC +04:00)
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb

Bakı. Trend:

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı zərflərdə göndərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti