...

Məktəb direktoru evində ölü tapıldı

Gündəm Materials 15 Mart 2021 11:35 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Trend-in məlumatına görə, Ü.Hacıyeva Alıcqışlaq kənd orta məktəbinin direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti