...

Azərbaycan Ordusunda üç general ehtiyata buraxılıb

Gündəm Materials 25 Aprel 2021 14:57 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti