...

Bakıda iki avtobus xəttinin hərəkət sxemi dəyişdirilir

Gündəm Materials 26 Aprel 2021 13:41 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda iki avtobus xəttinin hərəkət sxemləri dəyişdirilir.

Trend-in məlumatına görə, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən müvəqqəti təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti