...

İncirlik bazası Türkiyənin mülkiyyətidir - Nazirlik

Gündəm Materials 28 Aprel 2021 17:33 (UTC +04:00)
İncirlik bazası Türkiyənin mülkiyyətidir - Nazirlik

Bakı. Orxan Nəbiyev - Trend:

İncirlik hərbi bazası Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalardan biridir, bütün obyektləri ilə Türkiyənin mülkiyyətidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə 1980-ci il martın 29-da imzalanmış sazişə əsasən, bazadan istifadə etmək üçün ABŞ-a icazə verir.

Bazada ABŞ hərbçiləri ilə yanaşı, İspaniya, Polşa və Qətərdən də hərbçilər və digər personal fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti