...

YAP-a yeni mətbuat katibi təyin edilib

Gündəm Materials 3 May 2021 14:10 (UTC +04:00)
YAP-a yeni mətbuat katibi təyin edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasına (YAP) yeni mətbuat katibi təyin edilib.

YAP-dan Trend-ə verilən məlumata görə, Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

YAP-ın əvvəlki mətbuat katibi Hüseyn Paşayev isə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi ilə əlaqədar olaraq öz vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti