...

Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)

Gündəm Materials 11 May 2021 13:30 (UTC +04:00)
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri avtomobilin katalizator nasazlığı ilə bağlı narahat edən məsələyə aydınlıq gətirib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır. Bu isə inzibati xəta tərkibi yaradır.

Bu tipli avtomobillərin istismarı yolverilməzdir: "Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomolləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə hər birimiz bu sahəfə öz məsuliyyətimizi dərk etməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti