...

2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri

Gündəm Materials 17 May 2021 17:01 (UTC +04:00)
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri

Bakı. Samir Əli - Trend:

Ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən, 2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Trend-in məlumatına görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Nazir qeyd edib ki, təkcə ötən il məhkəmələr tərəfindən 2300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib:
“Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunub. Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv Sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş edib. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılıb, 98 nəfərin cəzası yarıyadək azaldılıb, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənib, 49 nəfər isə digər cəzalardan azad ediliblər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti