...

Qubada iki azyaşlını cərəyan vurub, biri ölüb

Gündəm Materials 14 İyun 2021 11:20 (UTC +04:00)
Qubada iki azyaşlını cərəyan vurub, biri ölüb

Bakı. Trend:

İyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölmüş, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti