...

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 15 İyun 2021 16:44 (UTC +04:00)
Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün tarixidən, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ordumuzun qazandığı tarixi qələbənin əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı və incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramları təqdim edilib.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar tədbir iştirakçılarına nümayiş olunub.

Sonda Azərbaycan Ali Hərbi Məktəbinin və Hərbi Liseyin rəhbərliyi adından tədbirin keçirilməsində əməyi olanlara təşəkkür edilib və bir qrup əməkdaş fəxri fərmanla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti