...

MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ

Gündəm Materials 23 İyun 2021 16:56 (UTC +04:00)
MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ

Bakı. Trend:

ADA Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarlar yekunlaşıb.

Media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açması qeyd olunub. MEDİA Agentliyi ilə tərəfdaşlığın gələcəkdə də sıx davam edəcəyi bildirilib.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli, ADA Universitetinin media və kommunikasiya üzrə müəllimi Şəfəq Mehraliyeva, “Əl-Cəzirə” televiziya kanalının əməkdaşi Rəsul Sərdar Ataş və “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/B2aF3fA9GOQ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti