...

Ordumuzun gücünü dünyaya göstərdik - Qalib Ordunun qəhrəman qaziləri (Trend TV)

Gündəm Materials 26 İyun 2021 13:32 (UTC +04:00)
Ordumuzun gücünü dünyaya göstərdik - Qalib Ordunun qəhrəman qaziləri (Trend TV)

Bakı. Trend:

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu il Ordü günü əvvəlki illərdən daha fərqli və daha böyük qürurla qeyd edilir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uzun illərdir işğalda saxlanılan tarixi torpaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü bərpa edib.

Odur ki, bu il Azərbaycan xalqı Ordu günündə xüsusi fəxr və möhtəşəm sevinc hissi yaşayır.

Bayram gününün və Zəfərin sevincini Vətən Müharibəsi iştirakçıları, qazilər Trend TV ilə bölüşüb. Qəhrəman hərbçilərimiz bildirib ki, Azərbaycan Ordusu ən müasir silah və texnika ilə, həmçinin öz şücaəti ilə düşmənə sarsıdıcı zərbələr endirib və gücünü bütün dünyaya göstərib. Videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti