...

Beyləqanda karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Gündəm Materials 23 İyul 2021 10:29 (UTC +04:00)

Bakı. Trend:

Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend -ə verilən məlumata görə, yoxlamalar zamanı “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti