...

Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar (FOTO)

Gündəm Materials 1 Avqust 2021 11:31 (UTC +04:00)
Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar (FOTO)

Bakı. Trend:

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin rejimi qaydalarının pozularaq toy məclislərinin keçirildiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə bildiriblər ki, araşdırmalar zamanı hər dörd ünvanda təşkil olunan toy mərasimlərində 50-dən artıq qonağın iştirak etdiyi müəyyənləşdirilib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin rejimi qaydalarını xatırladıb və mərasimin təşkilatçıları barədə inzibati protokol tərtib ediblər.

Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması da yoxlanılıb. Araşdırmalar zamanı 40 nəfər COVID-19 pasportu olmadığına görə şadlıq saraylarına buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti