...

Çox şükür ki, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri dönəcək - Amerikalı videobloqer

Gündəm Materials 2 Avqust 2021 15:45 (UTC +04:00)
Çox şükür ki, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri dönəcək - Amerikalı videobloqer

Bakı. Trend:

Amerikalı məşhur gənc videoblogger Maks Rayzinger (Max Reisinger) öz YouTube kanalında Azərbayacana səfəri ilə bağlı növbəti videosunu paylaşıb. Bu videoda əsasən işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc videobloqqer xüsusilə Ağdam şəhərində gördüyü dəhşətli mənzərə haqda təəssüratlarını öz izləyiciləri ilə bölüşüb.

Trend xəbər verir ki, Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə öz doğma şəhərinə dönüşünü və yerlə yeksan edilmiş evini tapmasını işıqlandıran Maks “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarında belə nikbin məqamlar var. Çox şükür ki, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri dönəcək” deyib.

Bundan əvvəlki videosunda Gəncəyə edilən ballistik raket hücumlarından danışan Maks Rayzinger İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsi çərçivəsində may ayının sonunda Azərbaycana səfər etmişdi. YouTube-da geniş izləyici kütləsi olan Maksın 18 yaşı var və o ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə gənclərdir və dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun fanatları var.

Xatırladaq ki, layihə çərçivəsində 8 ölkədən 13 bloqqer, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videobloqqer işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=xH5BNCYqynE&t=160s

“Show Me Azerbaijan” layihəsinin digər iştirakçıları Amerikalı videobloqqer Doug Barnard və Əlcəzairli Kubas Xubeybin Qarabağla bağlı daha öncə yayımlanan videoları ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=cXYjGRDCFbM&t=431s

https://www.youtube.com/watch?v=x6UbMKJ6dr4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti