...

Azərbaycan hərbi təyyarələri "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb (FOTO)

Gündəm Materials 1 Sentyabr 2021 16:50 (UTC +04:00)
Azərbaycan hərbi təyyarələri "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti