Bakı. Samir Əli - Trend:
İmişli rayonunda elektrik enerjisi ilə balıq tutan şəxs ölüb.
İmişli rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.