...

Ermənistanda əhalinin artımı iki ildə üç dəfəyə yaxın azalıb

Gündəm Materials 7 Sentyabr 2021 10:26 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1 252 nəfər təşkil edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir.

Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Eyni zamanda 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə Ermənistanda təbii artım 2,9 dəfə azalıb.

Qeyd olunur ki, 2018-2021-ci illər arasında 103,6 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bunun 21,9 min nəfəri və ya ümumi göstəricinin 21 faizi bu ilin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti