...

Bakıda bu yollarda sıxlıq var (SİYAHI)

Gündəm Materials 24 Sentyabr 2021 09:14 (UTC +04:00)

Bakı. Trend:

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.

Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti