...

İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini

Gündəm Materials 16 Oktyabr 2021 12:58 (UTC +04:00)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini

Bakı. Samir Əli - Trend:

İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı Azərbaycanın müraciətlərinə cavab verilməyib:

"Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik".

F.Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub:

"Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. Azad edilmiş ərazilərdə ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə bölünüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti