...

Türkiyə parlamenti ordunun Azərbaycanda qalma mandatının uzadılmasını müzakirə edəcək

Gündəm Materials 8 Noyabr 2021 06:39 (UTC +04:00)
Türkiyə parlamenti ordunun Azərbaycanda qalma mandatının uzadılmasını müzakirə edəcək

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (parlament) bu həftə Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını müzakirə edəcək.

Trend-in məlumatına görə, məsələ noyabrın 9-u TBMM-in plenar iclasında müzakirəyə çıxarılacaq.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının sədr müavini Bülənt Turan "Anadolu" agentliyinə bildirib ki, Ankara regiondakı bütün problemlərin həllində maraqlıdır:

"Ötən il parlamentdə Azərbaycanla bağlı qanun layihəsi Xalqların Demokratik Partiyası (HDP) istisna olmaqla, bütün partiyalar tərəfindən dəstəklənib. Ümid edirəm ki, bu il sənəd bütün partiyalar tərəfindən dəstəklənəcək və biz Türkiyə, onun ordusu, təhlükəsizlik qüvvələri və dövlətinin azərbaycanlı qardaşlarımızın yanında olduğunu vurğulaya biləcəyik".

Turan vurğulayıb ki, Azərbaycanla bağlı qanun layihəsinin parlamentdəki bütün partiyalar tərəfindən dəstəklənməsi qardaş və dost ölkə ilə birlik mesajı baxımından çox vacibdir:

"Belə məsələlərdə birlik lazımdır. Təbii ki, siyasi polemikalar, mübahisələr ola bilər, amma bəzi məsələlər bu polemikadan kənarda qalmalıdır. Azərbaycan haqqında qanun layihəsi də belə məsələlərdən biridir. İstərdik ki, sənəd istisnasız olaraq bütün partiyalar tərəfindən dəstəklənsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti