...

Maaşların artırılması haqqında qərar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək - Nazir

Gündəm Materials 11 Noyabr 2021 13:37 (UTC +04:00)
Maaşların artırılması haqqında qərar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət başçısının tapşırığı əsasında əsasında əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Hesab edirəm ki, bu artımlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti