...

Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb (FOTO/VİDEO)

Gündəm Materials 26 Noyabr 2021 17:49 (UTC +04:00)
Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub.

Müdafiə naziri burada Qusar Rayonu İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.
Şəhidlərimizin xatirəsinin Dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Müdafiə naziri şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti