“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)

“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib.

Şuradan Trend-ə bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, “Xalq cəbhəsi” qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. Nəşrin səhifələrində milli məfkurə saflığı, türkçülük ideyları, azərbaycançılıq vəhdətdə götürülüb. Ən əsası isə qəzet Azərbaycanın bütövlüyü ideyasına məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun səhifələrində daha dolğun və sistematik şəkildə oxuculara çatdırılıb. Qəzet mövcud müstəvidəki əks-meyllərə qarşı ideoloji mübarizə əzmini də nümayiş etdirməklə püxtələşib. “Bu günün “Xalq cəbhəsi” qəzeti peşəkar komandaya malik ümummilli məsələləri, dövlət maraqlarını, xalqın və millətin mənafelərini üstün tutan yaradıcılıq mərkəzidir. Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız, şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir. Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas şəkildə fəaliyyətdədir. Nəşr artıq media qrupu formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə Azərbaycanın mətbuat ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı olmaq arzusunun təzahürüdür. Və bütün bunlara görə Azərbaycan Mətbuat Şurası “Xalq cəbhəsi” qəzetini fəxri diploma layiq görüb”, - deyən Ə.Amaşov diplomu qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyliyə təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda müstəqillik dövrünün mətbuatı xalq hərəkatına bağlı, özünün təməlini bu hərəkatdan götürən mətbuatdır. 20 yaşını qeyd edən “Xalq cəbhəsi” qəzetinin də qayəsində xalq hərəkatının elan etdiyi prinsip və dəyərlərə sayğı və ehtiram dayanır. Qəzet media məkanına siyasi partiyaya yaxın kütləvi informasiya vasitəsi qismində daxil olsa da, özünün peşəkar dəst-xətti ilə ümumi dəyərlərə xidmət göstərib. R.Arifoğlu media sahəsindəki qlobal transformasiya dövründə “Xalq cəbhəsi”nə daha uzun yayım ömrü arzulayıb. O, fenomenal xarakterlərə malik baş redaktor E.Mirzəbəylinin sayəsində başlanılmış yolun bundan sonra da uğurla davam etdiriləcəyinə inandığını dilə gətirib.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyasi təbəqələşmənin cəmiyyətə hakim kəsildiyi bir vaxtda meydana çıxmış “Xalq cəbhəsi” qəzetinin firqə maraqları ilə yanaşı, ümumxalq və dövlət maraqlarını da müdafiə etdiyini xatırladıb. O deyib ki, nəşrdəki işə peşəkar yanaşma tərzi jurnalistikanın prinsiplərini hər zaman ön planda saxlayıb. A.Quliyev onu da bildirib ki, baş redaktor E.Mirzəbəyli medianın müasir çağırışlarına adekvat cavab verilməsi ehtiyacını inamla doğruldan rəhbərdir və “Xalq cəbhəsi”nin uğurlarında böyük pay sahibidir.

“Xalq cəbhəsi” qəzetinin yarandığı dövrün xüsusiyyətlərinə diqqət yetirən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, 20 illiyini qeyd edən nəşr partiya prinsipləri ilə peşəkar media dəyərlərini vəhdətdə tutmağın örnək nümunəsidir. O, baş redaktor E.Mirzəbəylinin malik olduğu yüksək keyfiyyətlərin qəzetin yaradıcılıq kursuna da təsir göstərdiyini vurğulayaraq “Xalq cəbhəsi”nə yeni-yeni uğurlar arzulayıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, mediada texnoloji yeniliklərin tətbiqinin geniş vüsət aldığı, ənənəvi medianın onlayn mediaya transformasiyasının labüd proses kimi diqqət çəkdiyi indiki dövrdə dəyişməyən bir meyar var ki, o da peşəkarlıqdır. “Xalq cəbhəsi” ötən müddətdə məhz bu meyara sadiqlik nümayiş etdirib.

“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz partiya təmayüllü nəşrdə yaradıcılıq sərbəstliyinin mövcudluğunu böyük mənəvi divident kimi xarakterizə edərək “Xalq cəbhəsi”nin bu baxımdan fərqləndiyini deyib. O, belə yanaşmanın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin şəxsi keyfiyyətlərindən, jurnalist işinə verdiyi dəyərdən irəli gəldiyini vurğulayıb. Y.Oğuz da çıxışında nəşrin yarandığı dövrü yada salıb, onun formalaşmasında qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızının əməyinin olduğunu qeyd edib. Y.Oğuz həmçinin bildirib ki, 15 ildir “Xalq cəbhəsi”nə rəhbərlik edən E.Mirzəbəylinin prinsipial yanaşma tərzi qəzetin faəliyyət spesifikası üçün də düşündürücü, cəmiyyətin maraq və mənafelərindən irəli gələn xarakterik mövzular müəyyənləşdirməkdədir.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Xalq cəbhəsi”ni mənsub olduğu siyasi qüvvəyə üstünlük qazandıran qəzet kimi dəyərləndirib. O, nəşrin milli-ideloji səpkidəki fəaliyyətindən söz açaraq bildirib ki, 20 yaşını qeyd edən mətbuat orqanı eyni zamanda məktəb funksiyasını daşıyır. Onun şinelindən hazırda ölkənin ictimai həyatının müxtəlif sahələrində çalışan peşəkarlar çıxıblar.

“Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev bildirib ki, “Xalq cəbhəsi” cəmiyyətin qəzetinə çevrilməyi bacaran KİV-dir. Baş redaktor ənənəvi medianın sıradan çıxması ilə bağlı tendensiyanın gücləndiyi hazırkı şəraitdə “Xalq cəbhəsi”nin məhz qəzet kimi də varlığını davam etdirməsini arzulayıb.

Toplantıda çıxış edənlərdən “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev, “Lent.az” saytının baş redaktoru Hafiz Heydərov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, “Xalq cəbhəsi” Media Qrupuna daxil olan “Axctv.az” saytının baş redaktoru Niyaməddin Orduxanlı, “Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova, şair-publisist Xanəmir və başqaları 20 ildir fasiləsiz fəaliyyətdə olan qəzetin Azərbaycanda müstəqillik dövrü media ənənələrinin formalaşmasındakı, ictimai münasibətlərin tənzimlənməsindəki, siyasi dialoq mühitinin inkişafındakı rolundan söz açıblar. Onlar eyni zamanda vurğulayıblar ki, “Xalq cəbhəsi” təməlində peşəkarlığın başlıca meyar kimi dayandığı, peşəsinə sadiq jurnalistlərin öz işlərinə sevgi ilə yanaşdıqları nəşrdir və bu cəhət onun populyarlığında ən vacib amildir.

Sonda çıxış edən baş redaktor E.Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinə verilən dəyərdə onun hər bir əməkdaşının payının olduğunu bildirib. O deyib ki, çətin transformasiya dövründə nəşrin bütün imkanlardan istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə sadiqlik dayanır. “Xalq cəbhəsi” isə ilk növbədə ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli çıxışında həmçinin toplantı iştirakçılarına öz adından və rəhbərlik etdiyi qəzetin kollektivi adından təşəkkürünü bildirib.

"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
İsmayıllı sakinindən odlu silah götürülüb
Loading Bars
Xəbər lenti
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Mingəçevirdə binada partlayış baş verib, yanğın başlayıb
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 710 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
“Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin iclası keçirilib (FOTO)
Küləkli hava nə vaxta qədər davam edəcək?
Sabah gecədən hava yenidən pisləşəcək: qar, külək olacaq - XƏBƏRDARLIQ
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - Rauf Əliyev
Saatlıda ev yanıb
Bakının mərkəzində minik avtomobili yanıb
Dövlət başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur - Vüsal Quliyev
Rusiyada son sutkada 27 mindən çox şəxs koronavirusa yoluxub
Keçən il sosial müavinət və təqaüd ödənilən şəxslərin sayı açıqlanıb
Bazar günü hava necə olacaq?
Zelenski BSU-nun əməkdaşını medalla təltif edib
Bakıda anbarda baş verən yanğın söndürülüb
Bütün xəbərlər