...

Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)

Gündəm Materials 1 Dekabr 2021 11:22 (UTC +04:00)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bu gün ölkə üzrə 60-a yaxın məhkuma Amnistiya aktının tədbiq edilməsi barədə qərar təqdim olunub.

Bu gün cəzadan azad edilən şəxslər əsasən islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir.

Onlardan 20-i Bakı şəhər Probasiya İdarəsində cəzadan azad edilib. Onlardan 2-i qadındır.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti