...

Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva

Gündəm Materials 7 Dekabr 2021 16:58 (UTC +04:00)
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva

Bakı. Trend:

Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir.

Trend-in məlumatına görə, bunu Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidentindir. Bu, aydın şəkildə göstərir ki, idman dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Amma idmanın siyasiləşdirilməsi yolverilməzdir. Antalyada keçirilmiş Beynəlxalq Gimnastika Federasiyasına seçkilər təəssüf ki, idmanın siyasət olduğunu göstərdi. Mən çox istərdim ki, idman siyasiləşməsin", - deyə M.Vasileva bildirib.

O qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri sərbəst yaşayır.

"Azərbaycan müxtəlif ölkələrdən müxtəlif millətlərin və müxtəlif din nümayəndələrinin işlədiyi dövlətdir, onlar özlərini burada dilindən, dinindən və ya irqindən asılı olmayaraq çox ragat hiss edirlər. Bolqarlar Azərbaycan iqtisadiyyatının bütün sahələrində çalışır. İdmanda bir çox bolqar mütəxəssis var. Hətta bolqar idmançılar dünyada Azərbaycanı təmsil edirlər", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti