...

DİN hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edir

Gündəm Materials 17 Dekabr 2021 16:43 (UTC +04:00)
DİN hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edir

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edir.

Respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına göndərməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

- əmək kitabçası (olanlar üçün);

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-93-51; (012)-590-97-42; (012) 590-92-37;

(012) 590-92-21; (012) 590-93-64; (012) 590-95-23.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti