...

Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yaradılıb

Gündəm Materials 20 Dekabr 2021 14:14 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yaradılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılıb.

Sərəncamla həmçinin Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti