...

Saçı uzun olduğu üçün şagirdə irad bildirən müəllimlə bağlı nazirdən açıqlama

Gündəm Materials 21 Dekabr 2021 11:13 (UTC +04:00)
Saçı uzun olduğu üçün şagirdə irad bildirən müəllimlə bağlı nazirdən açıqlama

Bakı. Trend:

Təhsil naziri Emin Əmrullayev saçı uzun olduğu üçün oğlan şagirdi qız adlandıran müəllimlə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, brifinqdə çıxışı edən nazir həmin müəllimin bilərəkdən pis hərəkət etdiyinə inanmadığını bildirib.

"Mən həmin müəllimin izahatını oxumuşam. Həqiqətən oğlan şagirdin saçı uzundursa, qıza oxşatması mümkündür. Amma buna görə müəllimin sərt şəkildə cəzalandırılmasını qəbul etmirəm. Belə bir məsələlərdə həmkarımın yanındayam. Amma inanmıram ki, bilərəkdən belə bir şey edər".

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə ona irad bildirən müəllimə töhmət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti