...

Qazaxıstan aviaşirkəti Almatıdan Bakıya daha bir reysi dayandırıb

Gündəm Materials 9 Yanvar 2022 16:41 (UTC +04:00)
Qazaxıstan aviaşirkəti Almatıdan Bakıya daha bir reysi dayandırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat verilib.

"Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir", - deyə Aeroportdan bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də, saat 21:50-də əks istiqamətdə uçmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti