...

Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq

Gündəm 20 Yanvar 2022 11:32 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır.

"Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur" - T.Musayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti