...

Dünənki dəhşətli qəzanın görüntüləri (FOTO/VİDEO)

Gündəm Materials 18 Fevral 2022 11:39 (UTC +04:00)

Bakı. Asif Mehman -Trend:

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobilin qəza etməsi nəticəsində 3 nəfər həlak olub.

Trend xəbər verir ki, qəzada həlak olanlar ötən gün Qusarda dəm qazından ölən şəxslərin qohumudur.

Qeyd edək ki, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Qəzaya düşənlər də həmin yas mərasiminə gedən şəxslər olub. Belə ki, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Qəza anının görüntülərini təqdim edirik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti