...

Ana və iki övladını qətlə yetirən şəxs məktəb direktoru işləyib

Gündəm Materials 21 Fevral 2022 12:54 (UTC +04:00)
Ana və iki övladını qətlə yetirən şəxs məktəb direktoru işləyib

Bakı. Fərid Zöhrabov -Trend:

Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Saatlı Rayon Təhsil Şöbəsindən məlumat verilib.

"Ə. Əliyev 2010-2015-ci ilə qədər aatlı rayon Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib",- məlumatda deyilir.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti