...

Bayden Rusiyaya qarşı ilk sərt sanksiyalar paketini tətbiq etmək qərarını açıqlayıb

Gündəm Materials 23 Fevral 2022 01:56 (UTC +04:00)
Bayden Rusiyaya qarşı ilk sərt sanksiyalar paketini tətbiq etmək qərarını açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden qondarma “DNR” və “LNR”nin tanınması üçün Rusiyaya qarşı ilk sanksiyalar paketinin tətbiqi qərarını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sanksiyalar ABŞ-ın 2014-cü ildə tətbiq etdiyindən daha sərt olacaq:

"Mən (Rusiyanın fəaliyyətinə) cavab olaraq sanksiyalar tətbiq etməklə başlayacağam ki, bu, bizim və tərəfdaşlarımızın 2014-cü ildə atdığı addımlardan qat-qat əhəmiyyətli olacaq".

C.Bayden bildirib ki, xüsusilə, bloklaşdırıcı sanksiyalar (yəni SDN-Siyahısına daxil edilməsi) Rusiyanın "VEB" bankına təsir edəcək. O, həmçinin Rusiya müdafiə sənayesinin əsas bankı olan Promsvyazbank-ı da qeyd edib.

C.Bayden həmçinin söz verib ki, ABŞ fevralın 23-dən etibarən Rusiya elitasına və onların qohumlarına qarşı sanksiyalar tətbiq etməyə başlayacaq.

Sanksiyalar Rusiyanın xarici borc bazarlarına çıxışına da təsir edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti