Bakı. Fərid Zöhrabov - Trend:
8 mart bir çox ölkədə olduğu kimi, Azərbaycanda da Beynəlxaq Qadınlar Günü kimi qeyd edilir.
Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib.
Trend-in Bakıda lentə aldığı 8 mart görüntülərini təqdim edirik.
FOTO - Zaur Mustafayev