...

ABŞ və Çin rəhbərləri arasında telefon danışığı olub

Gündəm Materials 19 Mart 2022 01:12 (UTC +04:00)
ABŞ və Çin rəhbərləri arasında telefon danışığı olub

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefonla danışıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, danışıq zamanı C.Bayden Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasının tərəfdarı olduğunu bildirib.

"Prezident böhranın diplomatik yolla həllinə tərəfdar olduğunu vurğulayıb", - deyə qeyd olunub.

Ağ Ev bildirib ki, C.Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı sorğularla Si Cinpinə müraciət etməyib. O, vəziyyətlə bağlı öz qiymətini verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti