...

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 8 Aprel 2022 17:22 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müsabiqə zamanı istismarda olan hər növdə avtomobil texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqəyə müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı, səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra mətbəxləri də cəlb edilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda keçici nişanla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti