Bakı. Trend:
Bizə bu qələbəni yaşadan Ali Baş Komandanımıza, eyni zamanda ərazi bütövlüyümüzü təmin edən şəhid və qazilərimizə öz təşəkkürümü bildirirəm.
Bu Trend-ə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğı göz önündədir: "Cənab Prezident İlham Əliyevin bizə olan dəstəyini hər addımımızda hiss edirik. Daim Vətən müharibəsi iştirakçılarının şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görülür. Həmçinin qeyd etmək istərdim ki, sosial ödənişlərlə də təmin olunmuşuq. Buna görə də dövlət başçısına və bizə diqqət göstərən qurumlara öz təşəkkürlərimizi bildiririk", - Vətən Müharibəsi Qəhrəmanı deyib.