...

Cəbrayılda ANAMA əməkdaşının minaya düşməsi faktı araşdırılır - Prokurorluq

Gündəm Materials 17 İyun 2022 10:29 (UTC +04:00)
Cəbrayılda ANAMA əməkdaşının minaya düşməsi faktı araşdırılır - Prokurorluq

Bakı. Trend:

İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti