...

İndiyədək 12 min qazi işlə təmin olunub - Anar Kərimov

Gündəm Materials 20 İyun 2022 14:40 (UTC +04:00)
İndiyədək 12 min qazi işlə təmin olunub - Anar Kərimov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndiyədək 3 min qazinin əlilliyi müəyyən olunub.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

“Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazi ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar", - A.Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, təqribən 12 min qazi işlə təmin olunub: "Bu şəxslərə 20 min reabilitasiya vasitəsi verilib".

Nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı da müəyyən işlər gedir.

“Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti