...

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu

Gündəm Materials 21 İyun 2022 16:34 (UTC +04:00)
Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən Aynur Fərruxova və Şirin Məmmədovanın işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti