...

"SOCAR Petroleum"dan benzin qiyməti ilə bağlı açıqlama

Gündəm Materials 13 İyul 2022 11:57 (UTC +04:00)
"SOCAR Petroleum"dan benzin qiyməti ilə bağlı açıqlama

Bakı. Trend:

Xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib.

Trend xəbər verir ki, bu barədə "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.

Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti