...

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi

Gündəm Materials 15 İyul 2022 19:48 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 265 №-li Qərarına dair izahda bildirilir ki, Gənclər və İdman Nazirliyi tərəfindən son illərdə bir sıra regionlarda, o cümlədən Bərdə, Lənkəran, Beyləqan, Tərtər, Yardımlı, Saatlı və Goranboy rayonlarında Olimpiya İdman kompleksləri inşa edilmiş və bu idman müəssisələrinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki Stend Atıcılığı üzrə İdman Kompleksinin və Milli İdman Tibb və Reabilitasiya İnstitutunun təşkilati-hüquqi formaları dəyişdirilərək, publik-hüquqi şəxsə çevrilib.

Son illər ölkə ərazisində bir sıra yerli icra hakimiyyətləri tərəfindən Sabunçu, Göyçay, Yevlax, Qazax, Masallı, Qobustan, Göygöl, Beyləqan, Ucar, Şəmkir, Ağstafa və Biləsuvar rayonlarında inşa edilmiş Gənclər evləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansına verilmişdir. Onların bazasında Nazirlik tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri yaradılmış və davamlı fəaliyyətləri təmin edilib.

Qeyd edilənlərin əsasında “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 265 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti