...

Lənkəranda fiziki zorakılığa məruz qalmış məktəbli qız ailəsi ilə birlikdə Dövlət Komitəsinə dəvət edilib

Gündəm Materials 17 İyul 2022 14:57 (UTC +04:00)
Lənkəranda fiziki zorakılığa məruz qalmış məktəbli qız ailəsi ilə birlikdə Dövlət Komitəsinə dəvət edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyyələr verilib.

Bu barədə Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

"Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb. Müvafiq söhbətlər və psixoloji qiymətləndirmənin aparılması məqsədilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilib.

Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə,həmcinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaqdır", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti