...

Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər görülür (FOTO)

Gündəm Materials 29 Avqust 2022 11:20 (UTC +04:00)
Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər görülür (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti