...

“Whatsapp”da tanışlarınızın şəklindən istifadə edərək borc pul istəyə bilərlər - Diqqətli olun!

Gündəm Materials 31 Avqust 2022 11:55 (UTC +04:00)
“Whatsapp”da tanışlarınızın şəklindən istifadə edərək borc pul istəyə bilərlər - Diqqətli olun!
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar yeni növ kiberhücumlarla qarşılaşırıq.

Trend-in məlumatına görə, bunu mediadan, sosial şəbəkədən tanışlardan tez-tez eşidirik. Bəs yeni tip fırıldaqçılığın qurbanı olmamaq üçün nə etmək lazımdır?

Yeni növ fırıldaçılar “Whatsapp” sosial şəbəkəsi ilə tanıdığınız şəxsin profil fotosundan istifadə edərək sizə bildirir ki, mənə zəhmət olmasa müəyyən miqdarda vəsait göndər və bir günə qaytaracağına söz verir. Tanıdığınız şəxs olduğundan tərəddüd etmədən razılaşırsız və müəyyən miqdarda vəsaiti göndərsiz. Daha sonra sizə “Whatsapp” sosial şəbəkəsi ilə yenidən yazaraq bildirir ki zəhmət olmasa kartın şəklini göndər, borcumu qaytarım. Siz də kartın (ad, soyad, 16 rəqəmli kod, cvv) hamısını şəklini çəkib göndərirsiniz. Beləcə, məlumatlarınız oğurlanmış olur.

Bu tip dələduzluqdan necə qorunmaq olar?

Şifrənizi və fərdi məlumatlarınızı (şəxsiyyət vəsiqənizi, bank kartının nömrələrini, bank hesablarınızı və.s) başqaları ilə bölüşməyin!

Bilməlisiniz ki, sosial mühəndislər sizin fərdi məlumatlarınızı öyrənmək üçün istənilən inandırıcı sözləri deyə bilərlər.

Həssas məlumatlarınızı e-poçt, telefon zəngi və ya mesaj vasitəsilə ötürməyin.

Mailinizdə spam filter funksiyasını aktiv edin!

Naməlum e-poçtdan gələn mesajlara diqqətlə nəzər yetirin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti