...

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama

Gündəm Materials 10 Sentyabr 2022 19:13 (UTC +04:00)
DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb. Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub.

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti