...

Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb - Deputat Rüfət Quliyev

Gündəm Materials 29 Sentyabr 2022 13:59 (UTC +04:00)
Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb - Deputat Rüfət Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.

Trend-in məlumatına görə, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır. “Piştaxtada məhsulun üzərinə başqa qiymət yazılır, ancaq kassaya gələndə başqa, daha yüksək qiymət olur. Müdriyyəti çağırırsan, gəlib deyir qiyməti dəyişmək yadımızdan çıxıb”, - deyə o qeyd edib.

Deputat iclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərova müraciət edərək bu istiqamətdə tədbirlər görülməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti