Bakı. Trend:
Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il
təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş
müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə
sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir
Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə
zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
İş üzrə istintaq davam edir.